Sabah Bakıda daha bir küçədə təmir işlərinə başlanılır

Sabah Bakıda daha bir küçədə təmir işlərinə başlanılır
# 18 aprel 2016 16:37 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Aprelin 19-da səhər saat 10:00-dan etibarən Nizami rayonu Bəkir Çobanzadə küçəsinin Naxçıvanski küçəsi ilə kəsişməsindən Babək prospektinə qədər olan hissəsində təmir-tikinti işlərinə start verilir.

“Azəravtoyol” ASC-nin Mətbuat Katibliyindən “APA-Economics”ə verilən məlumata görə, sözügedən hissədə təmir-tikinti işlərinin aparıldığı müddət ərzində avtonəqliyyat vasitələrinin hərəkəti hissə-hissə qismən məhdudlaşdırılacaq.

Sürücülərdən aparılacaq işlərə anlayışla yanaşmaları xahiş olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR