Aİ: Xədicə İsmayılovanın azadlığa buraxılması Azərbaycanın beynəlxalq öhdəliklərə əməl etməsi istiqamətində daha bir müsbət addımdır

Aİ: Xədicə İsmayılovanın azadlığa buraxılması Azərbaycanın beynəlxalq öhdəliklərə əməl etməsi istiqamətində daha bir müsbət addımdır
# 26 may 2016 07:47 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. “Azərbaycan Ali Məhkəməsinin tədqiqatçı-jurnalist Xədicə İsmayılovanın şərti olaraq azadlığa buraxılması qərarı Azərbaycanın beynəlxalq öhdəliklərə əməl etməsi istiqamətində daha bir müsbət addımdır”.

APA-nın məlumatına görə, bu barədə Avropa İttifaqı sözçüsünün Xədicə İsmayılovanın Azadlığa buraxılması ilə bağlı bəyanatında bildirilir.

Bəyanatda deyilir ki, bu qərar və Azərbaycanla Aİ arasında əlaqələrin möhkəmlənməsinə töhfə verir: “Avropa İttifaqı ümid edir ki, bu qərar Xədicə İsmayılovun üzərindəki səfər qadağasının götürülməsi və yeni həbs olunmuş və ya siyasi səbəblərdən Azərbaycanda fəaliyyəti məhdudlaşdırılmış şəxslərin azadlığa buraxılması və ya reabilitasiyası ilə daha da güclənəcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR