U-17 Avropa çempionatında növbəti oyunlar keçirilib

U-17 Avropa çempionatında növbəti oyunlar keçirilib
# 11 may 2016 18:16 (UTC +04:00)

Bakı-APA. Bu gün 17 yaşadək futbolçular arasında Avropa çempionatının final mərhələsində III tura start verilib. Apasport.az saytının məlumatına görə, A qrupunda çıxış edən komandalar ilkin mərhələdəki çıxışlarına son veriblər.

Milli komandamız da bu gün meydana çıxıb. Gənclərimiz Şotlandiya ilə qarşılaşıblar. İlk oyunda Portuqaliya qarşısında darmadağın olan (0:5), daha sonra isə Belçika yığması ilə qollu bərabərliyə (1:1) razılaşan millimiz kağız üzərində şanslarını saxlayırdılar.

Lakin möcüzə reallaşmayıb. Bununla belə, yığmamız turnirə qələbə ilə "əlvida" deyib. Komandamız Şotlandiyanı Fərid Nəbiyevin son dəqiqələrdə vurduğu qolla məğlubiyyətə uğradıblar. Ancaq bu nəticə millimizin növbəti mərhələyə çıxması üçün yetərli olmayıb.

Qrupumuzdakı digər oyunda isə Portuqaliya ilə Belçika qarşılaşıb. Matçda 0:0 hesablı heç-heçə qeydə alınıb. Nəticədə Portuqaliya qrup birincisi, Belçika isə qrup ikincisi kimi adını növbəti mərhələyə yazdırıb.

B qrupunda da millimizin vəziyyətinə oxşar situasiya yaranıb. Ukrayna millisinin şansları az da olsa, qalır. Bunun üçün Andrey Şevçenkonun həmyerliləri Bosniya və Hersoqovinanı ən az 3 top fərqi ilə yenməli, paralell keçən qarşılaşmada da qrup lideri Avstriyanın qonşusu Almaniyanı darmadağın edəcəyinə ümid bəsləməlidir.

Almaniyaya isə növbəti mərhələ üçün 1 xal da kifayət edəcək.

17 yaşlılar arasında Avropa çempionatı

III tur

11 may

B qrupu

Bosniya və Herseqovina - Ukrayna - 0:0

Almaniya - Avstriya - 3:0

Qollar: Meysl, 3 (öz qapısına), Akkaynak, 25, Havertz, 31

Komanda

O

Q

H

M

T/F

X

Avstriya

2

2

0

0

4:0

6

Almaniya

2

2

1

0

5:3

4

Ukrayna

2

0

1

1

2:4

1

Bosniya və Hersoqovina

2

0

0

2

1:5

0

A qrupu

Şotlandiya - Azərbaycan - 0:1

Qol: Fərid Nəbiyev, 79

Portuqaliya - Belçika - 0:0

Komanda

O

Q

H

M

T/F

X

Portuqaliya

3

2

1

0

7:0

7

Belçika

3

1

2

0

3:1

5

Azərbaycan

3

1

1

1

2:6

4

Şotlandiya

3

0

0

3

0:5

0

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR