Dəmiryolu stansiyasının rəisini maşın vurub - YENİLƏNİB

Dəmiryolu stansiyasının rəisini maşın vurub - <span style="color: red;">YENİLƏNİB
# 18 mart 2016 10:59 (UTC +04:00)

Bərdə. Ziya Əmirxanlı - APA. Azərbaycanda vəzifəli şəxsi maşın vurub.

APA-nın Qarabağ bürosunun xəbərinə görə, Ağdam rayon sakini, 1974-cü il təvəllüdlü Alməmmədov Elmar Rəhman oğlu idarə etdiyi “Chevrolet Aveo” markalı, 02 BL 610 dövlət nömrə nişanlı maşınla Bərdə rayon sakini, 1942-ci il təvəllüdlü Xasay Mustafayevi vurub. Bunsan sonra avtomobil yol kənarındakı dirəyə çırpılıb.

X. Mustafayev xəsarətlə Bərdə rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Xəstəxanadan verilən məlumata görə, onun vəziyyəti orta-ağırdır.

X. Mustafayevin "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin Köçərli stansiyasının rəisi olduğu bildirilib.

Tərtər rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, sürücü xəsarət alan şəxsi xəstəxanaya özü aparıb.

Faktla bağlı Tərtər rayon Polis Şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR