Bakı-APA. Dağıstanın Süleyman-Stalski rayonunda keçirilən xüsusi əməliyyat zamanı dörd silahlı məhv edilib.
APA-nın “İnterfaks”a istinadən verdiyi xəbərə görə, silahlı şəxslər xüsusi təyinatlılara atəş açıb. Atışma zamanı hüquq-mühafizə orqanlarının bir əməkdaşı həlak olub, iki nəfəri isə yaralanıb.
Məlumata görə, hazırda əməliyyat səhər saatlarınadək dayandırılıb. Əməliyyatın yekun nəticələri silahlıların mövqe tutduqları blindaja baxış keçirildikdən sonra bəlli olacaq.