Məşhur tennisçi Mariya Şarapovada dopinq aşkar olunub

Məşhur tennisçi Mariya Şarapovada dopinq aşkar olunub
# 07 mart 2016 22:02 (UTC +04:00)

Bakı-APA. Məşhur rusiyalı tennisçi Mariya Şarapova orqanizmində istifadəsi qadağan olunmuş preparatın aşkar edilməsini bəyan edib.

APA-nın “Sport-Ekspress”-ə istinadən verdiyi xəbərə görə, bu barədə M.Şarapova keçirdiyi mətbuat-konfransında bildirib.

“Beynəlxalq Tennis Federasiyasından məktub almışam. Məktubda bildirilir ki, “Australian Open” turnirində götürülən dopinq-test müsbət nəticə verib”, deyə M.Şarapova qeyd edib.

Məşhur tennisçinin orqanizmində 2016-cı iin yanvarında qadağan edilən meldoniy preparatı aşkar edilib. Mariya Şarapova bildirib ki, 10 il ərzində adıçəkilən preparatı qəbul edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR