Masallı rayonunda istirahət mərkəzində yanğın olub

Masallı rayonunda istirahət mərkəzində yanğın olub
# 05 sentyabr 2016 07:12 (UTC +04:00)

Masallı. Ağəddin Babayev – APA. Masallıda yanğın hadisəsi baş verib.

Fövqəladə Hallar Nazirliyinin (FHN) Masallı Rayon Yanğından Mühafizə Hissəsindən APA-nın cənub bürosununa verilən məlumata görə, hadisə gecə saatlrında rayonun Qərəblər kəndində 1976-cı il təvəllüdlü Eldəniz Məhəmməd oğlu Məmmədova məxsus istirahət mərkəzinin ərazisindəki kotteclərin birində qeydə alınıb. Yanğının söndürülməsi üçün hadisə yerinə iki yanğınsöndürən maşın və canlı qüvvə cəlb olunub. Onların səyləri ilə güclü alov dalğasının qonşu tikililərə keçməsinin qarşısı alınıb. Yanğın zamanı xəsarət alan olmasa da, ümumi sahəsi 64 kv.m olan taxtadan ibarət tikili yanaraq sıradan çıxıb.

Faktla bağlı araşdırma aparılır.

Samux rayonu, Çobanabadlı kəndində isə “Azərişıq” ASC-yə məxsus transformatorun sarğıları və yağı yanıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, yaxınlıqdakı biçilmiş taxıl sahələri yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR