Daha bir şəxs "SOCAR Türkiye" şirkətinin rəhbərliyindən uzaqlaşdırılıb

Daha bir şəxs "SOCAR Türkiye" şirkətinin rəhbərliyindən uzaqlaşdırılıb
# 28 iyul 2016 12:10 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. "SOCAR Türkiye" şirkətinin rəhbərliyində daha bir dəyişiklik olub.

"APA-Economics" xəbər verir ki, şirkətin baş direktorunun satınalma üzrə müavini Natiq Dəmirov işdən çıxarılıb.

Qeyd edək ki, bundan öncə şirkətin baş icraçı direktoru Saadettin Korkut istefa verib. Ardınca S. Korkut hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Onun evində və iş yerində axtarışlar aparılıb.

S. Korkutu SOCAR-ın Yunanıstandakı törəməsinin ("SOCAR Greece") rəhbəri Anar Məmmədov (fotoda) əvəzləyib. Yeri gəlmişkən, artıq A. Məmmədov kollektivə təqdim olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR