Səfir: “Almaniya Dağlıq Qarabağ münaqişəsinin həllində xüsusi rol oynaya bilər”

Səfir: “Almaniya Dağlıq Qarabağ münaqişəsinin həllində xüsusi rol oynaya bilər”
# 27 may 2016 16:44 (UTC +04:00)

Bakı. Türbət Bağırova - APA. “ATƏT-in fəaliyyətdə olan sədri kimi Almaniya Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində xüsusi rol oynaya bilər”.

APA-nın “aysor.am” saytına istinadən verdiyi xəbərə görə, bunu Almaniya Federativ Respublikasının Ermənistandakı səfiri Matias Kisler deyib. O xatırladıb ki, Almaniya ilin sonuna qədər ATƏT-ə sədrlik edəcək, ona görə də münaqişənin nizamlanmasında xüsusi və vacib rol oynaya bilər.

Səfir qeyd edib ki, ATƏT-in fəaliyyətdə olan sədri kimi Frank Valter Ştaynmayer şəxsən münaqişənin həllində maraqlıdır: “O, problemin həlli istiqamətində fəaliyyət göstərməyə hazırdır və bunun üçün əlindən gələni edəcək”.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR