Bəzi rayonların qaz təchizatında məhdudiyyətlər olacaq

Bəzi rayonların qaz təchizatında məhdudiyyətlər olacaq
# 07 mart 2016 15:18 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev – APA-Economics. Martın 9-da saat 10:00-dan 18:00-dək “Qaz İxrac” İdarəsinin Abşeron magistral qaz kəmərləri sahəsinin “Lökbatan yolayırıcı” və Hacıqabul magistral qaz kəmərləri sahəsinin “Ağsu” və “Kürdəmir” qazpaylama stansiyalarında, eləcə də bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq.

SOCAR-dan “APA-Economics”ə verilən məlumata görə, təmir müddətində Ağsu və Kürdəmir rayonlarının qaz təchizatında məhdudiyyətlər olacaq.

Aparılan işlərin Qaradağ rayonunun bir hissəsinin qaz təchizatına təsir göstərməsi də mümkündür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR