“Azərbaycanın multikultural siyasəti, əqli mülkiyyət və erməni saxtakarlıqları” mövzusunda konfrans keçirilib

“Azərbaycanın multikultural siyasəti, əqli mülkiyyət və erməni saxtakarlıqları” mövzusunda konfrans keçirilib
# 22 aprel 2016 09:43 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. Müəllif Hüquqları Agentliyinin (MHA) təşkilatçılığı ilə “Azərbaycanın multikultural siyasəti, əqli mülkiyyət və erməni saxtakarlıqları” mövzusunda konfrans keçirilib.

APA-nın xəbərinə görə, tədbiri giriş sözü ilə MHA-nın sədri Kamran İmanov açıb. O bildirib ki, 23 aprel UNESCO-nun Ümumdünya kitab və müəlliflik hüququ günü, 26 aprel isə Beynəlxalq əqli mülkiyyət günüdür: “Həmin günlərdə keçirilən müxtəlif növ tədbirlərin adətən əsas məqsədi əqli mülkiyyət, müəllif-hüquq mədəniyyətinin formalaşdırılmasına dəstək verməkdən ibarətdir”.

K. İmanov çıxışında Ermənistanın mədəni hüquqlar modeli haqda da danışıb. O qeyd edib ki, Ermənistan siyasətinin sütunlarında siyasi mifologiya, başqa xalqların torpaqlarına, mədəni irsinə iddialar, etnik təmizləmə və ksenofobiya durur, ermənilərin “əzabkeşliyi”, “müstəsnalığı” və “xüsusi missiyası” təbliğ olunur. K. İmanov əlavə edib ki, erməni saxtakarlıqları daim ifşa olunub və ifşa olunacaq.

UNESCO üzrə Azərbaycan Milli Komissiyasının müşaviri Gülnarə Ağalarova deyib ki, Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan torpaqlarındakı abidələr erməniləşdirilir.

Mədəniyyət və turizm nazirinin müavini Vaqif Əliyev bildirib ki, işğal altındakı Azərbaycan kəndlərinin adları, toponimlər saxtalaşdırılır.

Daha sonra tədbir iştirakçıları “Erməniçilik digər xalqların hüquqlarına xələl gətirir” adlı prezentasiya ilə tanış olublar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR