Yəməndə hökumət tərəfdarları ilə husilər arasında toqquşmalar baş verib, 17 nəfər ölüb, 112 nəfər yaralanıb

Yəməndə hökumət tərəfdarları ilə husilər arasında toqquşmalar baş verib, 17 nəfər ölüb, 112 nəfər yaralanıb
# 07 yanvar 2016 02:54 (UTC +04:00)

Bakı-APA. Yəmənin Taiz şəhərində hökumət tərəfdarları ilə üsyançı husilər (“Ənsər Allah” hərəkatı) arasında növbəti qanlı toqquşmalar baş verib.

APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, son iki gündə toqquşmalarda 17 nəfər ölüb, 112 -dən çox insan yaralanıb.

Toqquşmalar zamanı hökumət tərəfdarları tərəfindən 5 nəfərin öldüyü, 55 nəfərin yaralandığı bildirilir. Husilər arasında 12 nəfər ölüb, 24 nəfər yaralanıb.

Tibbi mənbələrdən alınan məlumatlara əsasən, qarşıdurma nəticəsində ikisi uşaq olmaqla 4 mülki vətəndaş ölüb, 33 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR