FHN Siyəzəndə baş vermiş ağır qəza ilə bağlı məlumat yayıb

FHN Siyəzəndə baş vermiş ağır qəza ilə bağlı məlumat yayıb
# 02 oktyabr 2016 21:33 (UTC +04:00)

Bakı-APA. Fövqəladə Hallar Nazirliyi oktyabrın 2-də Siyəzəndə baş vermiş ağır qəza ilə bağlı məlumat yayıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı-Quba magistral avtomobil yolunun 118-ci kilometrliyində, Siyəzən rayonu ərazisində “VAZ” və “AZSAMAND” markalı minik avtomobillərinin toqquşması nəticəsində yol-nəqliyyat qəzası baş verib.

Dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri hadisə yerinə cəlb olunub. Yanğınsöndürən-xilasedicilər tərəfindən qəza nəticəsində “AZSAMAND” markalı minik avtomobilində sıxılmış vəziyyətdə qalmış sürücü, 1983-cü il təvəllüdlü Rəsulov Davud Sənan oğlunun meyiti avtomobildən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 21:48-də başa çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR