Dələduzluqda təqsirləndirilən şəxslərin apellaysiya şikayəti təmin edilməyib

Dələduzluqda təqsirləndirilən şəxslərin apellaysiya şikayəti təmin edilməyib
# 05 may 2016 07:29 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakı Apellyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən Bulud Kərimovun və Urfan Hüseynovun apellyasiya şikayəti və istintaq orqanın apellyasiya protesti əsasında məhkəmə prosesi başa çatıb. APA-nın məlumatına görə, məhkəmə şikayətləri təmin etməyib.


Qeyd edək ki Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə B. Kərimov 4 il, U. Hüseynov 3 il müddətinə azadlıqdan məhrum edilib. Təqsirləndirilən şəxslər özlərini Milli Təhlükəsizlik Nazirliyinin (MTN) əməkdaşı kimi təqdim edərək, vətəndaşların etibarından sui-istifadə etməklə külli miqdarda dələduzluq ediblər. Cinayət işi üzrə 22 nəfər zərərçəkmiş şəxs qismində tanınıb.

Hökmdən narazı qalan təqsirləndirilən şəxslər cəzalarının azaldılması, dövlət ittihamçısı isə cəzanın artırılması ilə bağlı məhkəməyə yenidən müraciət ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR