Bakı sakini qaçırdığı maşını aşırıb, 1 nəfər ölüb

Bakı sakini qaçırdığı maşını aşırıb, 1 nəfər ölüb
# 22 avqust 2016 10:24 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.

APA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, avqustun 21-də Sabunçu rayonunun Maştağa qəsəbəsində Bakı şəhər sakini Ramin Səfərəliyev idarə etdiyi “Hyundai” markalı avtomobili aşırıb. Nəticədə R.Səfərəliyevin 3 sərnişini xəstəxanaya yerləşdirilib. Onlardan Orxan Yadigarov orada ölüb. Araşdırmalar zamanı qeyd edilən nəqliyyat vasitəsinin R.Səfərəliyevin həmin gün qaçırdığı müəyyənləşib.

Sabunçu rayon 14-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində R.Səfərəliyev tutulub.


Sabunçu RPİ tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR