Göyçayda fərdi yaşayış evi yanıb - YENİLƏNİB

Göyçayda fərdi yaşayış evi yanıb - <span style="color: red;">YENİLƏNİB
# 22 may 2016 20:30 (UTC +04:00)

Göyçay. Elvin Yaqubov-APA. Göyçay rayonunda fərdi yaşayış evi yanıb.

APA-nın yerli bürosunun xəbərinə görə hadisə bu gün axşam saat 20:30 radələrində rayonun Ləkçiplaq kəndində qeydə alınıb. Kənd sakini 1979-cu il təvəllüdlü İbrahimov Ramil Sahib oğluna məxsus ümumi sahəsi 210 kvadratmetr olan ikimərtəbəli, 6 otaqlı evdə baş verən yanğının söndürülməsi üçün əraziyə FHN-nin Göyçay Dövlət Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən avtomobili və canlı qüvvəsi cəlb olunub.


Hadisə zamanı evin 48 kvadratmetrlik hissəsi içərisindəki əşyalarla birgə yanaraq yararsız hala düşüb. Mənzilin qalan hissəsi yanğından Hadisə zamanı xəsarət alan olmayıb. Yanğının hansı səbəbdən baş verdiyi hələ ki, məlum deyil. Faktla bağlı araşdırma aparılır.


***


22:00

Bakı-APA. Göyçayda yanğın hadisəsi qeydə alınıb.


APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Göyçay rayonunda vətəndaşa məxsus ümumi sahəsi 210 kv.m olan ikimərtəbəli 6 otaqlı evin 2-ci mərtəbəsində 1 otağın və dam örtüyünün yanar konstruksiyaları 48 kv.m sahədə yanıb.


Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 21:08-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR