Bakıda həmyerlisini bıçaqlayan Özbəkistan vətəndaşına hökm oxunub

Bakıda həmyerlisini bıçaqlayan Özbəkistan vətəndaşına hökm oxunub
# 05 avqust 2016 09:45 (UTC +04:00)

Bakı. Etibar Məmmədov - APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmaqda təqsirləndirilən Özbəkistan vətəndaşı Oybek Axmedovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın məlumatına görə, hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən O.Axmedov 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, ötən ilin dekabr ayında Sabunçu qəsəbəsi, Şəhər şosesindəki mənzildə kirayə yaşayan Özbəkistan vətəndaşı 1986-cı il təvəllüdlü Adambay Ruslanbayeviç Xudayverginov yaşadığı evin qarşısında kürək nahiyəsindən bıçaqlanıb.

O, 3 saylı Sabunçu Klinik Xəstəxanasına yerləşdirilib. A.Xudayverginovu xilas etmək mümkün olub.

Hadisəni törədən Özbəkistan vətəndaşı O. Axmedov tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR