Gürcüstanda Suriya vətəndaşı saxlanılıb

Gürcüstanda Suriya vətəndaşı saxlanılıb
# 03 may 2016 15:54 (UTC +04:00)

Gürcüstan. Nizami Məmmədzadə - APA. Gürcüstanın Kobuleti rayonunda Suriya vətəndaşı saxlanılıb.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, 1980-ci il təvəllüdlü Murad M. adlı Suriya vətəndaşına Gürcüstan sərhədini qanunsuz keçdiyi üçün ittiham irəli sürülüb. Hələlik onun sərhədi nə zaman və necə keçdiyi sərhəd xidməti rəhbərliyinə məlum deyil.

Saxlanılan Suriya vətəndaşını 3 ildən 5 ilədək həbs cəzası və yaxud cərimə gözləyir. Hadisə ilə bağlı Gürcüstan Cinayət Məcəlləsinin 344-cü maddəsinin 1-ci hissəsinə (Gürcüstan sərhədini qanunsuz keçmək) əsasən cinayət işi açılıb, araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR