Bazar günü Bakıda 15-18 dərəcə isti olacaq - VİDEO

Bazar günü Bakıda 15-18 dərəcə isti olacaq - <span style="color: red;">VİDEO
# 10 oktyabr 2015 09:46 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev - APA. Oktyabrın 11-də Bakı və Abşeron yarımadasında havanın tutulub açılacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, gündüz yarımadanın bəzi yerlərində yağış yağacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 12-14, gündüz 15-18 dərəcə isti olacaq.

Bölgələrdə hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq, qərb küləyi əsəcək. Gecə və səhər arabir güclənəcək. Havanın temperaturu gecə 9-14, gündüz 15-17, dağlıq ərazilərdə gecə 3-6, gündüz 7-12 dərəcə isti olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR