Hikmət Çətin: “Qarabağ münaqişəsinin həllindən sonra Azərbaycan bütün bölgəyə xeyir verəcək”

Hikmət Çətin: “Qarabağ münaqişəsinin həllindən sonra Azərbaycan bütün bölgəyə xeyir verəcək”
# 10 mart 2016 13:22 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova – APA. “Bu gün inkişaf etmiş dünyaya inteqrasiya etmiş bir Azərbaycan var. Təkcə bir problem var, o da Dağlıq Qarabağ məsələsidir”.

APA-nın məlumatına görə, bunu IV Qlobal Bakı Forumda iştirak edən Türkiyənin sabiq xarici işlər naziri Hikmət Çətin deyib.

O bildirib ki, münaqişə həll olunduqdan sonra Azərbaycan bütövlükdə bölgəyə xeyir verəcək. “Mən bu münaqişənin sülh yolu ilə həll olunacağına inanıram. Azərbaycan da problemin bu yolla həll olunacağını düşünür. Ümid edirəm ki, böyük dövlətlər və BMT münaqişənin həlli üçün lazımi səylər göstərəcək”.

H. Çətin qeyd edib ki, IV Qlobal Bakı Forumu Azərbaycanın təkcə öz problemləri ilə deyil, dünyanın problemləri ilə maraqlandığını və bu problemlərin müzakirəsində maraqlı olduğunu, dialoqa açıq olduğunu göstərir.


Sabiq XİN rəhbəri dünyada energetika amilinin vacibliyindən də danışıb. O qeyd edib ki, bu baxımdan Cənubi Qafqaz regionu önəmli yer tutur: “Bu gün Xəzər bölgəsinin lideri Azərbaycandır. Böyük bir layihə reallaşacaq. Söhbət Azərbaycandan başlayaraq Gürcüstan, Türkiyə, Bolqarıstan, Yunanıstan və bütün Avropanı əhatə edəcək qaz xəttindən gedir. Əslində bu, həm enerji təhlükəsizliyinə töhfə verəcək, həm də enerji mənbələrini diversifikasiya edəcək. Avropa, Türkiyə və digər ölkələr Azərbaycanın sahəsində bir mənbəyə bağlılıqdan qurtaracaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR