XİN: Azərbaycan təyyarəsinin qəzaya uğraması ilə əlaqədar əlavə dəqiqləşdirici məlumatlar toplanır

XİN: Azərbaycan təyyarəsinin qəzaya uğraması ilə əlaqədar əlavə dəqiqləşdirici məlumatlar toplanır
# 19 may 2016 10:39 (UTC +04:00)

Bakı - APA. “SilkWay” aviaşirkətinə məxsus təyyarənin Əfqanıstanda qəzaya uğraması ilə bağlı Xarici İşlər Nazirliyi (XİN) “SilkWay” aviaşirkəti ilə əlaqələndirilmiş şəkildə Əfqanıstanın Xarici İşlər Nazirliyi və Bakıdakı səfirliyi, eləcə də Əfqanıstana akkreditə olunmuş Azərbaycanın Türkmənistandakı səfirliyi Əfqanıstan tərəfi ilə təmasdadır.

Bu barədə APA-ya açıqlamasında XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

Onun sözlərinə görə, hadisə ilə əlaqədar əlavə dəqiqləşdirici məlumatın toplanması aparılır və digər zəruri tədbirlər görülür.

Qeyd edək ki, mayın 18-də “Silkway” şirkətinə məxsus yük təyyarəsi Əfqanıstanda qəzaya uğrayıb. İlkin məlumata görə, təyyarənin 9 ekipaj üzvündən 7-si həlak olub.

Beynəlxalq heyət tərəfindən idarə edilən təyyarənin ekipajına 5 Azərbaycan, 3 Ukrayna və 1 Özbəkistan vətəndaşı daxil olub.

Azərbaycan tərəfi hadisənin səbəblərini araşdırmaq üçün komissiya yaradıb.

Komissiya üzvlərinin bu gün hadisə yerinə gedəcəyi gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR