Gürcüstanlı nazir: "Gürcüstanla Azərbaycan arasında ticarət dövriyyəsi 1,2 milyard ABŞ dollarına çatıb"

Gürcüstanlı nazir: "Gürcüstanla Azərbaycan arasında ticarət dövriyyəsi 1,2 milyard ABŞ dollarına çatıb"
# 19 oktyabr 2015 13:24 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. Gürcüstanla Azərbaycan arasında ticarət dövriyyəsi 1,2 milyard ABŞ dollarına çatıb.

APA-nın məlumatına görə, bu sözləri Azərbaycanda səfərdə olan Gürcüstan xarici işlər naziri Georgi Kvirikaşvili deyib. Onun sözlərinə görə, iki ölkə arasında iqtisadi münasibətlər qaneedicidir: “Hazırda iki ölkə arasında biznes üçün mühitin inkişafına çalışırıq. Çalışırıq ki, bu sahədə əlaqələrimizi genişləndirək. Çünki potensial tam istifadə olunmayıb”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR