Külli miqdarda siqaretin qaçaqmalçılıq yolu ilə Azərbaycana keçirilməsinin qarşısı alınıb

Külli miqdarda siqaretin qaçaqmalçılıq yolu ilə Azərbaycana keçirilməsinin qarşısı alınıb
# 03 mart 2016 13:06 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Külli miqdarda siqaretin qaçaqmalçılıq yolu ilə Azərbaycan ərazisinə keçirilməsinin qarşısı alınıb.

Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən “APA-Economics”ə verilən məlumata görə, Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” Gömrük postunda İrandan Azərbaycana gələn Azərbaycan vətəndaşının idarə etdiyi minik avtomobilinə baxış keçirilib.

Baxış zamanı avtomobilin yük yerindəki xüsusi rezin üstlüyün altından gömrük nəzarətindən gizlədilən, üzərində “Meqan” sözləri yazılı hər birində 10 qutu olmaqla 50 blok, həmin avtomobilin arxa buferinin altındakı boşluqdan gömrük nəzarətindən gizlədilən hər birində 10 qutu olmaqla 21 blok, avtomobilin salonundakı ön şitin altından hər birində 10 qutu olmaqla 8 blok, mühərrik yerindəki boşluqlardan isə hər birində 10 qutu olmaqla 23 blok üzərində “D&J” yazısı olan siqaretlər aşkar edilib.

Ümumilikdə avtomobildən gömrük nəzarətindən gizlədilərək qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə keçirilməyə cəhd göstərilən 2 adda 20 400 ədəd siqaret aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR