Baş direktor: "TANAP-ın icrasında 2,5 mlrd. dollara qənaət edilib"

Baş direktor: "TANAP-ın icrasında 2,5  mlrd. dollara qənaət edilib"
# 04 may 2016 13:09 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. Trans-Anadolu qaz kəməri (TANAP) Türkiyənin enerji təhlükəsizliyi baxımından olduqca böyük rola malikdir.

"APA-Economics" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bu barədə TANAP-ın baş direktoru Saltuk Düzyol deyib.

Baş direktor qeyd edib ki, layihənin inşası zamanı istifadə olunan boruların 80%-i Türkiyədə istehsal olunur: "Bu günə qədər 900 km uzunluğunda borunun istehsalı tamamlanıb. İndiyədək layihə çərçivəsində 4,5 milyard dollar dəyərində tender keçirilib və qaliblərlə müvafiq müqavilələr imzalanıb. Layihə daha çox türk podratçı şirkətlərinin işinə yarayıb".

S. Düzyol deyib ki, neftin ucuzlaşması TANAP layihəsinə də təsirsiz ötüşməyib. "Layihənin icrası ilə bağlı qərar verdiyimizdə, TANAP-ın ümumi dəyəri 11,7 milyard dollar səviyyəsində proqnozlaşdırılırdı. Lakin qlobal iqtisadi böhran və neftin kəskin ucuzlaşması bizim üçün ciddi maliyyə fürsətləri yaratdı. Beləliklə, biz 2,5 milyard dollar qənaət etmiş olduq. TANAP layihəsində uduzan tərəf yoxdur: həm Avropa, həm Azərbaycan, həm də Türkiyə qazanacaq", - deyə o qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR