ABŞ-ın Yaxın Şərqdəki qüvvələrinin komandanı Suriyaya gizli səfər edib

ABŞ-ın Yaxın Şərqdəki qüvvələrinin komandanı Suriyaya gizli səfər edib
# 21 may 2016 23:37 (UTC +04:00)

Bakı-APA. ABŞ-ın Yaxın Şərqdəki qüvvələrinin komandanı general Cozef Votel Suriyaya gizli səfər edərək kürd silahlı birləşmələrinin liderləri ilə danışıqlar aparıb. APA-nın xəbərinə görə, bu barədə “Assoşieyted Press”ə məsələ ilə yaxından məlumatlı olan mənbə bildirib.

Məlumata görə, ötən gün Suriyaya səfər edən general 11 saat ərzində ölkənin şimalında amerikalı hərbi müşavirlərlə və silahlı müxalifətin “Suriyanın Demokratik Qüvvələri” birliyinin nümayəndələri ilə görüşlər keçirib. Məlumata görə, qeyd olunan alyansa kürd, ərəb, türkmən, erməni və assuriyalılardan ibarət silahlı birləşmələr daxildir.

Agentliyin məlumatına görə, Cozef Votel ABŞ-ın İŞİD-ə qarşı mübarizə apardığı dövrdə Suriyaya səfər etmiş ən yüksək çinli amerikalı hərbçidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR