Nazir müavini: "Azərbaycan musiqilərini utanmadan erməni musiqisi kimi təqdim edirlər"

Nazir müavini: "Azərbaycan musiqilərini utanmadan erməni musiqisi kimi təqdim edirlər"
# 04 mart 2016 09:24 (UTC +04:00)

Bakı. Cavid Zeynallı - APA. “Ermənistan-Azərbaycan münaqişəsi başlayandan sonra qarşı tərəfin bütün provokasiyaları həm də bizim musiqimizə qarşı yönəlib. Azərbaycan musiqilərini utanmadan erməni musiqiləri kimi təqdim edirlər”.


APA-nın məlumatına görə, bunu mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev "Azərbaycan musiqi irsinin dünyada təbliği" layihəsinin təqdimatında deyib.

Ə. Vəliyev bildirib ki, Azərbaycanın xalq mahnılarına, musiqilərinə ermənilər tərəfindən təcavüz edilir: “Əlbəttə, buna qarşı Müəllif Hüquqları Agentliyi mübarizə aparır və bundan sonra da aparacaq. Agentliklə birgə işimizin nəticəsi olaraq hansısa proseslərin qarşısını almağa çalışırıq, bəzilərinin isə qarşısını ala bilmirik. Çünki bu məsələdə görünən və görünməyən faktorlar var”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR