Son beş ildə Bakıda 220-dən çox qeyri-qanuni tullantı sahəsi aşkarlanıb

Son beş ildə Bakıda 220-dən çox qeyri-qanuni tullantı sahəsi aşkarlanıb
# 27 fevral 2016 09:57 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. "Təmiz Şəhər" ASC-nin 2015-ci ildə keçirdiyi reydlər nəticəsində Bakı şəhəri ərazisində 20 ədəd sahəsi 200 kvadratmetrdən böyük olan qeyri-qanuni tullantı sahələri aşkarlanıb.

"APA-Economics" xəbər verir ki, onlardan 7-si təmizlənib və 640 tondan artıq tullantı müvafiq təsərrüfat sahələrinə daşınıb.

Ümumilikdə isə 2010-cu ilin yanvar ayından başlayan reydlər nəticəsində həmin vaxtdan 2015-ci ilin sonuna qədər aşkarlanmış 222 böyük qeyri-qanuni tullantı sahələrindən 102-si təmizlənib və həmin sahələrdən 785 min tondan artıq tullantı müvafiq təsərrüfat sahələrinə daşınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR