Bakıda 10 gün əvvəl avtomobillə vurularaq öldürülən şəxsin kimliyini müəyyənləşdirmək mümkün olmayıb

Bakıda 10 gün əvvəl avtomobillə vurularaq öldürülən şəxsin kimliyini müəyyənləşdirmək mümkün olmayıb
# 28 iyun 2016 11:46 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Bakıda 10 gün əvvəl avtomobillə vurularaq öldürülən şəxsin kimliyini müəyyənləşdirmək mümkün olmayıb.

Xətai rayon Polis İdarəsindən APA-ya bildirilib ki, ölən piyadanın üstündən hər-hansı sənəd tapılmadığı üçün əməliyyatçılar onun şəxsiyyətini müəyyənləşdirməkdə çətinliklə üzləşib.

Polisdən dünyasını dəyişən şəxsin fotosunu da APA-ya təqdim ediblər. Bildirilib ki, onu tanıyanlardan (077) 271-16-17 nömrəni telefona məlumat vermələri xahiş olunur.

Qeyd edək ki, məlum hadisə iyunun 18-də Zığ yolunda qeydə alınıb. Avtomobilin vurduğu 45-50 yaşlarında naməlum kişi aldığı xəsarətdən dünyasını dəyişib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR