Qırğız prezidenti sentyabrın sonuna qədər Türkiyədə həkim nəzarətində olacaq

Qırğız prezidenti sentyabrın sonuna qədər Türkiyədə həkim nəzarətində olacaq
# 20 sentyabr 2016 12:32 (UTC +04:00)

Bakı-APA. Türkiyəli həkimlər ürəyində ağrılar olan Qırğız prezidenti Almazbek Atambayevin sentyabrın sonuna qədər Türkiyədə həkim nəzarətində qalmasını tövsiyə ediblər.

APA-nın “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, bu barədə Türkiyə Prezident Administrasiyasının saytında məlumat yerləşdirilib.

Məlumatda qeyd edilib ki, dünən axşam A. Atambayev İstanbul Atatürk hava limanında Nyu-Yorka uçan təyyarəyə minmədən öncə özünü pis hiss edib. Köksündəki ağrılardan şikayətlənən Qırğız prezidentinə ilk tibbi yardım göstərən həkimlər onun hərtərəfli müayinədən keçməsini tövsiyə ediblər.

Buna görə də Nyu-Yorkda BMT Baş Assambleyasının toplantısında A. Atambayevin əvəzinə ölkənin xarici işlər naziri Erlan Abdıldayevin iştirak edilməsi barədə qərar verilib. Dünən gecə A. Atambayev İzmirə gəlib və həkim müayinəsindən keçib. Qırğız prezidenti hazırda Çeşmədə istirahət edir.

Qeyd edək k, A. Atambayev ötən gün Bişkekdə MDB-yə üzv dövlətlərin liderlərinin iştirakı ilə 60 yaşını qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR