Mingəçevirdə inzibati binada yanğın olub

Mingəçevirdə inzibati binada yanğın olub
# 14 may 2016 04:40 (UTC +04:00)

Bakı-APA. Mingəçevirdə yanğın hadisəsi qeydə alınıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Mingəçevir şəhərində çoxmərtəbəli yaşayış binasına bitişik tikilmiş hal-hazırda fəaliyyət göstərməyən ümumi sahəsi 200 kv.m olan inzibati binanın damına yığılmış taxta və məişət tullantıları 11 kv.m sahədə yanıb.

Binanın dam örtüyü yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR