Şəmkirdə qadın həyat yoldaşı tərəfindən bıçaqlanıb

Şəmkirdə qadın həyat yoldaşı tərəfindən bıçaqlanıb
# 28 yanvar 2016 20:05 (UTC +04:00)

Şəmkir. Azər Məmmədli – APA. Şəmkirdə bıçaqlanma olub. APA-nın qərb bürosunun verdiyi məlumata görə, rayonun Tosanlı kənd sakini, 1986-cı il təvəllüdlü Elşanə İbrahimova qarnın kəsilmiş-deşilmiş yarası xəsarəti ilə Şəmkir Mərkəzi rayon xəstəxanasına yerləşdirilib. Dərhal əməliyyat edilən qadının vəziyyəti orta ağır qiymətləndirilir.

Məlumata görə, qadın ailə münaqişəsi zəminində həyat yoldaşı 1977-ci il təvəllüdlü Ramin Əkbərov tərəfindən bıçaqlanıb.

Faktla bağlı Şəmkir rayon Polis Şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR