“Gənc Ədiblər Məktəbi-3” fəaliyyətə başlayır

 “Gənc Ədiblər Məktəbi-3” fəaliyyətə başlayır
# 18 yanvar 2016 15:57 (UTC +04:00)

Bakı - APA. Azərbaycan Yazıçılar Birliyinin (AYB) nəzdində fəaliyyət göstərən Gənc Ədiblər Məktəbinin yeni üzvlərinin ilk toplantısı keçiriləcək.

AYB-dən APA-ya verilən məlumata görə, toplantı yanvarın 22-də AYB-nin Natəvan klubunda olacaq. Bundan sonra Gənc Ədiblər Məktəbi 3-cü fəaliyyət dönəminə başlayacaq.

Əvvəlki müdavimlərin bir hissəsi AYB-yə üzv olub, gənc yazıçılar üçün nəzərdə tutulan təqaüdə layiq görülüb.

Bu dəfə Gənc Ədiblər Məktəbinə də maraq xeyli böyükdür, artıq 50-yə yaxın gənc məktəbin toplantılarında iştirak üçün müraciət edib.

Məktəbin rəhbəri AYB katibi Rəşad Məcid, yeni dönəmdəki koordinatoru gənc yazar Müşfiq Şükürlüdür.

Məktəbin fəaliyyətində iştirak etmək istəyən yaradıcı gənclər toplantıya dəvətlidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR