Subtitrsiz xarici film nümayiş etdirən kinoteatrlar 2 min manat cərimə olunacaq

Subtitrsiz xarici film nümayiş etdirən kinoteatrlar 2 min manat cərimə olunacaq
# 24 fevral 2016 14:08 (UTC +04:00)

Bakı. Cavid Zeynallı - APA. "Azərbaycanda subtitri olmayan filmlər qeydiyyata alınmayacaq".

APA-nın məlumatına görə, bunu Mədəniyyət və Turizm Naziliyinin kino şöbəsinin sektor müdiri Yusif Şeyxov deyib.

Onun sözlərinə görə, subtitrlə xarici filmlərin nümayiş olunmaması ictimaiyyətdə narahatlıq yaradıb: "Filmlərin qeydiyyata alınması ilə bağlı məsələ bizim üçün yaxşı imkandır. Bu məsələ bizi hər zaman narahat edib. Eyni zamanda mətbuat da bu məsələni bir neçə dəfə qaldırıb. Tərcüməni təmin etmək üçün kinoteatrlarla məsləhətləşmişik və onlara aprelin 15-ə kimi vaxt vermişik ki, öz distributorları ilə danışıq aparsınlar", - deyə, Y. Şeyxov bildirib.

O qeyd edib ki, subtitrsiz film nümayiş etdirən kinoteatrlar 2 min manat məbləğində cərimə olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR