Amerika fond bazarlarında əsas indekslər ucuzlaşıb

Amerika fond bazarlarında əsas indekslər ucuzlaşıb
# 18 iyun 2016 08:06 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. Amerika fond bazarında Dow Jones indeksi 0,33% - 17 675,16 bəndədək, S&P 500 0,33% - 2 071,22 bəndədək, NASDAQ 0,92% - 4 800,34 bəndədək azalıb.


"APA-Economics" xəbər verir ki, Avropa fond bazarlarında FTSE 100 indeksi 1,19% - 6 021,09 bəndədək, Almaniya DAX-ı 0,85% - 9 631,36 bəndədək, Fransa CAC-40-ı 0,98% - 4 193,83 bəndədək bahalaşıb.

COMEX-də sonuncu hərraclarda qızılın unsiyası 3,60 dollar ucuzlaşaraq 1 294,80 dollara, gümüş isə 0,20 dollar azalaraq 17,41 dollara satılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR