Əflatun Amaşov Türkiyənin Azərbaycandakı səfirliyində olub

Əflatun Amaşov Türkiyənin Azərbaycandakı səfirliyində olub
# 20 iyul 2016 16:05 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. Bu gün Mətbuat Şurasının (MŞ) sədri, millət vəkili Əflatun Amaşov və MŞ sədrinin müavini, Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Rəhimoğlu Türkiyənin Azərbaycandakı səfirliyində olublar. MŞ-dan APA-ya verilən məlumata görə, Ə. Amaşov Türkiyədə dövlət çevrilişinə cəhd gedişində çoxsaylı insan tələfatı ilə müşayiət olunan hadisələrdən təəssüfləndiyini bildirib, kədərini ifadə edərək başsağlığı verib.

MŞ sədri Azərbaycan xalqı kimi, Azərbaycan mediasının da Türkiyənin legitim hakimiyyətini dəstəklədiyini bildirib, qardaş ölkənin dövlətçilik maraqlarının təhdid olunmasının yolverilməzliyini vurğulayıb.

Ə. Amaşov və Türkiyənin Azərbaycandakı səfiri İsmail Alper Çoşkun Azərbaycan və Türkiyənin möhkəm təməllərə əsaslanan dostluq, qardaşlıq, strateji müttəfiqlik münasibətlərinin bugünkü durumu, həmçinin hər iki ölkə mediasının perspektiv əməkdaşlığı ətrafında fikir mübadiləsi aparıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR