"Petkim"in səhmləri ən az rəğbət bəslənənlər siyahısına salınıb

"Petkim"in səhmləri ən az rəğbət bəslənənlər siyahısına salınıb
# 06 oktyabr 2016 14:08 (UTC +04:00)

Bakı - APA-Economics. "Deutsche Bank" bu gün açıqladığı yeni hesabatda Türkiyədə fəaliyyət göstərən şirkətlərin gəlir üzrə proqnozunu 1,1% endirib.

"APA-Economics" sənədə istinadən xəbər verir ki, sənaye sektoru üzrə üzrə proqnoz 2,9% azalıb, bank sektoru üzrə 0,7% artıb.

Bununla yanaşı, bank "Emlak GYO", "Aksa Enerji", "Migros" və TSKB-nin səhmlərini ən çox rəğbət bəslənən, "Arçelik", "Akenerji", "Petkim" və "Vakıfbank" ən az rəğbət bəslənənlər siyahısına əlavə edib.

Qeyd edək ki, "Petkim"in səhmlərinin 58%-i "SOCAR Türkiye Enerji A.Ş."-yə məxsusdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR