İordaniyada zəvvarları daşıyan avtobus qəzaya uğrayıb, 19 nəfər ölüb, 36 nəfər xəsarət alıb

İordaniyada zəvvarları daşıyan avtobus qəzaya uğrayıb, 19 nəfər ölüb, 36 nəfər xəsarət alıb
# 17 mart 2016 00:16 (UTC +04:00)

Bakı-APA. İordaniyada fələstinli zəvvarları daşıyan avtobus qəzaya uğrayıb.

APA-nın Associated Press agentliyinə istinadən verdiyi məlumata görə, nəticədə 19 nəfər ölüb, 36 nəfər xəsarət alıb.

İnsident ölkənin cənubunda yerləşən Maan şəhəri yaxınlığında qeydə alınıb. Hadisə sürücünün idarəetməni itirməsi səbəbindən baş verib.

Qeyd olunur ki, avtobus Səudiyyə Ərəbistanı istiqamətində hərəkət edirmiş.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR