Sevinc Vaqifqızı ilə "Ana xəbər" bloku – 5 Aprel

Sevinc Vaqifqızı ilə "Ana xəbər" bloku – 5 Aprel
# 05 aprel 2016 18:16 (UTC +04:00)

GÜNÜN ŞƏRHİ

Qarabağ cəbhəsində gedən əməliyyatların cəmiyyətə təsiri hələ uzun müddət araşdırılacaq. İlkin təzahürləri hər kəs görür, dəfn mərasimlərinin izdihamlı keçməsi, “Şəhidlər ölməz, Vətən bölünməz”, “Qarabağ bizimdir, bizim olacaq” şüarları, kriminal hadisələrin sıfıra enməsi, sosial şəbəkələrdə davranışların dəyişməsi, birik bərabərlik mesajlarının artması, vətəndaş məsuliyyətinin çoxalması. Buraya mobil operator şirkətlərinin cəbhə bölgəsində yaşayan əhali və xidmət keçən hərbçilər üçün pulsuz xidmət göstərməsini, taksi şirkətlərinin cəbhə bölgəsinə hərbçi ailələrini pulsuz daşıma kampaniyasına başlaması, insanların ehtiyac olmasa belə qan vermək üçün Mərkəzi Qan Bankına axışması – bu, cəmiyyətin sürətlə müharibəyə adaptasiyası, sosiallaşmadır. Siyahını uzatmaq da olar, amma baş verənlər fonunda bəlkə də önə çıxan ən önəmli sosial faktor insanların dövlət atributuna - üçrəngli bayrağa tapınmasıdır. Eyvanlardan, binaların damlarından bayraqların asılması, dəfnlərə hər kəsin bayraqla gəlməsi, sosial şəbəkələrdə hər kəsin öz profil fotosunu Azərbaycan bayrağı ilə süsləməsi. Bu, cəmiyyətin verdiyi mesajlardır. Mesajları hər kəs istədiyi kimi oxuya bilər, bizim oxuduğumuz mesaj isə budur - Azərbaycan cəmiyyətini parçalamaq meylləri heç zaman gözlənilən nəticəni verməyəcək, çünki cəmiyyəti birləşdirən ümumi problemlər, ümumi maraqlar var. Və qalmaqdadır. Qalacaq da. Qarabağ problemi həll olunduqdan sonra cəmiyyəti birləşdirən ali məqam Vətənin ərazi bütövlüyünü qorumaq olacaq. Şəhidlərimizə rəhmət, hərbçilərimizin qoluna qüvvət diləyirik.

Vüqar MƏSİMOĞLU

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR