ABŞ Dövlət Departamenti: “Suriyada atəşkəs rejimi pozulur”

ABŞ Dövlət Departamenti: “Suriyada atəşkəs rejimi pozulur”
# 11 mart 2016 22:37 (UTC +04:00)

Bakı-APA. Suriya hökumət qüvvələri atəşkəs rejimini pozur.

APA-nın Reuters agentliyinə istinadən verdiyi məlumata görə, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Con Kirbi bəyan edib.

“Hökumət qüvvələri dinc əhalinin olduğu ərazilərə hava zərbələri endirir. Bu isə bilavasitə atəşkəs rejiminin pozulması deməkdir”, deyə C.Kirbi bildirib.

Onun sözlərinə görə, Rusiya təsir imkanlarından istifadə edərək rəsmi Dəməşqdən atəşkəs rejimini pozmamağa çağırmalıdır.

Xatırladaq ki, Suriyada 27 fevral 2016-cı il tarixindən etibarən atəşkəs rejimi qüvvəyə minib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR