Müsavat başqanının müşavirinə xəbərdarlıq edilib

 Müsavat başqanının müşavirinə xəbərdarlıq edilib
# 14 yanvar 2016 11:30 (UTC +04:00)

Bakı. Etibar Məmmədov - APA. Bu gün Müsavat Partiyası başqanının müşaviri Azər İsmayıl Sabirabad rayon Polis İdarəsinə çağırılıb.

APA-nın məlumatına görə, bu barədə A. İsmayıl özünün “facebook” sosial şəbəkəsində yazıb.

O qeyd edib ki, idarədə ona kütləvi aksiyalarda iştirak etməməklə bağlı xəbərdarlıq edilib: “Profilaktika edirlər. Sabirabadda baş verə biləcək hansısa iğtişaşdan danışırdılar. Məndən iltizam almaq istəyirdilər ki, iğtişaş olarsa, iştirak etməyəcəyəm. Mən cavab olaraq bildirdim ki, Müsavat Partiyası öz fəaliyyətini konstitusiya və qanunlarla tənzimləyir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR