Qarabağ bölgəsi üzrə seçici aktivliyi müşahidə olunur

Qarabağ bölgəsi üzrə seçici aktivliyi müşahidə olunur
# 26 sentyabr 2016 10:45 (UTC +04:00)

Qarabağ. Ziya Əmirxanlı - APA. Laçınlı seçicilər respublikanın 58 şəhər və rayonunda yerləşən məntəqələrdə səsvermədə iştirak edir.

APA-nın Qarabağ bürosunun xəbərinə görə, 121 saylı Laçın Dairə Seçki Komissiyasının (DSK) əhatə edən 102 seçki məntəqəsində 45956 seçici var. DSK sədri Hüseyn Səfərov APA-ya bildirib ki, hazırda səsvermə prosesini 700 müşahidəçi izləyir.

82 saylı Ağcabədi şəhər Dairə Seçki Komissiyasının sədri Nadir Qürbətov APA-ya bildirib ki, 46 məntəqədə səsvermə prosesi gedir. 48881 seçicinin iştirak edəcəyi səsvermə prosesini 470 yerli müşahidəçi izləyir. 5 və 9 saylı seçki məntəqəsində “Vətəndaş Cəmiyyəti Uğrunda” Müstəqil Məsləhət və Yardım Mərkəzi Fransanın “Opinon Way” Sosioloji Tədqiqatlar İnstitutu “exit-poll” keçirir. 2 məntəqədə səsvermənin gedişatını izləmək üçün vebkamera quraşdırılıb.

83 saqlı Ağcabədi-Füzuli Dairə Seçki Komissiyasının tərkibində olan 44 məntəqədən 2-si hərbi hissələrdə yerləşir. DSK sədri Mübahir Nəsirov bildirib ki, referendumda iştirak etmək üçün 40309 seçicinin səsvermə prosesini 485 müşahidəçi izləyəcək. Məntəqələrdən 4-də vebkamera quraşdırılıb.

119 saylı Ağdam kən Dairə Seçki Komissiyasının tərkibində olan 45 məntəqədən 3-ü ərazidə yerləşən “N” saylı hərbi hissələrdə yerləşdiyindən səsvermə qapalı şəraitdə aparılır. DSK sədri Rövşən Şükürov deyib ki, 43370 nəfər seçicinin səsvermə prosesini 431 müşahidəçi izləyir. Siyasi Araşdırmalar İnstitutunun Rəy monitorinq Mərkəzi 7 məntəqədə “exit-poll” keçirir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR