Bakı - APA. Bakıda vətəndaşa məxsus VAZ markalı avtomobil yanıb.
APA-nın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, hadisə paytaxtın Binəqədi rayonunda baş verib.
Yaxınlıqdakı ev yanğından mühafizə olunub.
Yanğın saat 15:18-də yanğınsöndürənlər tərəfindən söndürülüb.