Siyəzəndə maşın aşıb, ana və 2 övladı xəsarət alıb

Siyəzəndə maşın aşıb, ana və 2 övladı xəsarət alıb
# 28 sentyabr 2016 13:30 (UTC +04:00)

Siyəzən. Vəli Turan - APA. Siyəzən rayonunda yol-nəqliyyat hadisəsi baş verib. APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə bu gün günorta saatlarında rayonunun Beşdam kəndi ərazisində qeydə alınıb. “Kia” markalı maşının aşması nəticəsində 3 nəfər xəsarət alıb. Həmin şəxslər Siyəzən Regional Diaqnostika Mərkəzinə yerləşdirilib. Onlar 1965-ci il təvəllüdlü Tağıyeva İlahə Abdulla qızı, onun övladları 1994-cü il təvəllüdlü Atamoğlanov Rzaxan Nadir oğlu və 1992-ci il təvəllüdlü Orxandır.

Hər üç şəxsə qapalı kəllə-beyin travması, döş qəfəsinin və qarının küt travması diaqnozu qoyulub.

Faktla bağlı Siyəzən rayon Polis Şöbəsinin istintaq və təhqiqat bölməsində araşdırmalar aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR