Piter Semnebi: “Bu tip müzakirələr təkcə Azərbaycan deyil, bütün dünya üçün əhəmiyyətlidir”

Piter Semnebi: “Bu tip müzakirələr təkcə Azərbaycan deyil, bütün dünya üçün əhəmiyyətlidir”
# 10 mart 2016 10:29 (UTC +04:00)

Bakı. Türbət Bağırova - APA. “Forumun çox vacib əhəmiyyəti var”.


APA-nın xəbərinə görə, bu sözləri Bakıda keçirilən IV Qlobal Forumda iştirak edən Avropa İttifaqının Cənubi Qafqaz üzrə sabiq xüsusi nümayəndəsi Peter Semnebi deyib. O bildirib ki, tarixi təcrübəsi zəngin olan, sivilizasiyaların kəsişmə nöqtəsində yerləşən Azərbaycanda bu forumun keçirilməsi ölkə üçün üstünlükdür: “Forumun miqyası və iştirakçıların sayı müsbət təəssürat yaradır. Bu tip müzakirələr təkcə Azərbaycan deyil, bütün dünya üçün mühüm əhəmiyyət kəsb edir. Bu tip forumlar insanları həmişə bir araya gətirməyə kömək edir”.

P. Semnebi qeyd edib ki, regional münaqişələr narahatlıq doğurur: “Ümid etmək istərdim ki, irəliyə doğru addımlar atılar”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR