Quldurluqda təqsirləndirilən şəxslərin məhkəməsi başa çatıb

Quldurluqda təqsirləndirilən şəxslərin məhkəməsi başa çatıb
# 08 iyun 2016 12:58 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda təqsirləndirilən Sarvan Ramazanov və Şahin Şəfiyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın məlumatına görə, məhkəmənin hökmü ilə S. Ramazanov 9 il, Ş. Şəfiyev 8 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hər iki şəxs paytaxt sakini Taleh Ağayevə qarşı quldurluq hadisəsi törətməkdə təqsirləndirilirlər. Sarvan Ramazanov və Şahin Şəfiyev əlbir olaraq yolda piyada gedən Taleh Ağayevin qarşısını kəsiblər. Daha sonra Taleh Ağayevi döyərək boğazına bıçaq dirəyib iki mobil telefonunu əlindən alaraq qaçıblar. Taleh Ağayev quldurluqla bağlı polisə müraciət edib.

Nizami rayon Polis İdarəsinin apardığı əməliyyat-axtarış tədbirləri zamanı hər iki şəxs saxlanılıb. İlkin ifadələri zamanı onlar törətdikləri cinayət əməlini etiraf ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR