Bakı. Şəhriyar Əlizadə - APA. Daxili İşlər Nazirliyi (DİN) Sumqayıtda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı məlumat yayıb.
APA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, iyunun 26-da saat 21 radələrində Sumqayıt şəhərinin Sülh küçəsində Ramil Tahirovun idarə etdiyi şəxsi “Hyundai” və Şəmsəddin Nəcəfovun 3 saylı xətt üzrə idarə etdiyi “İsuzu” markalı avtomobillər toqquşub. Nəticədə R.Tahirov və sərnişinlərindən 30-35 yaşlı qadın hadisə yerində ölüb, digər 2 sərnişini isə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.