“Qəbələ” Avropa Liqasında qrup mərhələsinə adlayıb

“Qəbələ”  Avropa Liqasında qrup mərhələsinə adlayıb
# 25 avqust 2016 22:13 (UTC +04:00)

Bakı-APA. Bu gün UEFA Avropa Liqasında pley-off mərhələsinin cavab oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, təmsilçimiz “Qəbələ” qrup mərhələsində çıxış etmək üçün mübarizə aparıb.

İlk matçda öz meydanında “Maribor”a 3:1 hesabı ilə qalib gələn “qırmızı-qaralar” səfərə üstünlüklə yollanıb. Roman Qriqorçukun yetirmələri 0:1 hesabı ilə məğlub olaraq üstünlüyü əldə saxlayıblar və ardıcıl ikinci dəfə əsas mərhələdə çıxış etmək hüququ qazanıblar.

Qeyd edək ki, “Qəbələ” ardıcıl iki dəfə 4 mərhələ adlamaqla tarixə düşüb.

Avropa Liqası

Pley-off, cavab oyunu

25 avqust

“Maribor” (Sloveniya) – “Qəbələ” - 1:0

Qol: Tavares, 65

Qırmızı vərəqə: Teo Uiks, 69

Baş hakim: Viktor Kaşşai

Maribor. “Lyusdki Vrt” srtadionu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR