Əcnəbilər bir ay sonra Azərbaycan ərazisində viza ala biləcəklər

Əcnəbilər bir ay sonra Azərbaycan ərazisində viza ala biləcəklər
# 06 may 2016 23:41 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu-APA. Əcnəbilərin Azərbaycan Respublikasının ərazisində Xarici İşlər Nazirliyindən viza almaq proseduru müəyyənləşdirilib.

APA-nın məlumatına görə, bu, Nazirlər Kabinetinin təsdiq etdiyi “Azərbaycan Respublikasının ərazisində viza almaq üçün ərizə-anket”in nümunəsi barədə qərarında əksini tapıb.

Ərizə-anketdə pasportda olduğu kimi soyad, ad, cins, doğum tarixi (gün, ay, il), doğum yeri (şəhər, ölkə), vətəndaşlıq barədə məlumat əksini tapmalıdır. Şəxsin vətəndaşlığının dəyişib-dəyişməməsi barədə məlumatı (əgər dəyişilibsə, nə zaman və əvvəlki vətəndaşlığı göstərməlidir) da ərizə-anketdə göstərməlidir. Ərizə-anketdə pasportun seriyası, Azərbaycan Respublikasında qalma müddəti (gün), səfərin məqsədi, ərizə-anketi qəbul edən tərəfin (hüquqi və ya fiziki şəxsin) tam adı, ünvanı və telefon nömrəsi də əksini tapmalıdır.

Bu qərar dərc edildiyi gündən 30 gün sonra qüvvəyə minir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR