Ağdamda məktəblini maşın vurub

Ağdamda məktəblini maşın vurub
# 06 iyun 2016 16:50 (UTC +04:00)

Ağdam. Ziya Əmirxanlı - APA. Ağdam rayonunda 3-cü sinif şagirdini maşın vurub.

APA-nın Qarabağ bürosunun xəbərinə görə, hadisə rayonun Bənövşələr qəsəbəsində baş verib. Malik Əliyevin idarə etdiyi “VAZ 2107” markalı maşınla qəsəbə sakini, üçüncü sinif şagirdi Əsgərov Famil Ramil oğlu vurulub. Xəsarət alan uşaq sürücü tərəfindən Ağdam Mərkəzi Rayon Xəstəxanasına çatdırıb. Xəstəxanadan verilən məlumata görə, F.Əsgərovun həyati təhlükəsi yoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR