Azərbaycanda herbisidlər kənd təsərrüfatı məhsulları istehsalçılarına 50 faiz güzəştlə satılacaq

Azərbaycanda herbisidlər kənd təsərrüfatı məhsulları istehsalçılarına 50 faiz güzəştlə satılacaq
# 15 oktyabr 2015 04:53 (UTC +04:00)

APA-nın məlumatına görə, Nazirlər Kabineti bununla bağlı “Kənd təsərrüfatı məhsullarının istehsalçılarına əkin sahəsinin becərilməsində istifadə etdiyi yanacaq və motor yağlarına, habelə buğda və çəltik səpininə görə dövlət büdcəsinin vəsaiti hesabına yardımların verilməsi Qaydaları” və “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti və digər hüquqi və fiziki şəxslər tərəfindən kənd təsərrüfatı məhsullarının istehsalçılarına mineral gübrələrin güzəştlə satılması Qaydaları”nın təsdiq edilməsi barədə” qərarlarına müvafiq dəyişikliklər edib.

Kənd təsərrüfatı məhsulları istehsalçılarına hər hektar əkin sahəsi üçün 50 faiz güzəştlə satılacaq herbisidlərin dəyərinin yuxarı həddi 10 manat müəyyən edilib.

Qeyd edək ki, təsiredici maddələr olan herbisidlərə Amin duzu (birillik iki ləpəli alaq otlarına, müxtəlif növ alaq otlarına qarşı istifadə olunur, hektara məsarif norması 2-2,5 litrdir), Puma Super (birillik və iki illik alaq otlarına qarşı, vəhşi vələmirə qarşı, sünbüllü alaq otlarına qarşı istifadə olunur, 1 hektara məsarif norması 0,6-0,9 litrdir, Betanal Proqres (hektara məsarif norması 2-2,5 litrdir.) daxildir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR